Yaşadığı evdə odlu silah gizlədən şəxs saxlanılıb

19 Avqust 2020 18:09

Maştağa qəsəbəsində yaşadığı evdə odlu silah gizlədən şəxs saxlanılıb

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin 14 və 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az