"Roma"nın iki futbolçusu koronavirusa yoluxdu

19 Avqust 2020 18:34

"Roma"nın U-19 komandasının iki futbolçusu koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, test nəticələri müsbət olan oyunçular evlərində karantinə alınıb.

Komandanın məşqi avqustun 24-dək təxirə salınıb. Bütün futbolçu və məşqçi heyətinin yenidən koronavirus testindən keçəcəyi bildirilib.

Milli.Az