Braziliyalı hücumçu ilə maraqlanan klubumuz məlum oldu

19 Avqust 2020 14:02

Braziliyanın "Vitoriya" klubunun hücumçusu Eronildo dos Santos Roşanı transfer etmək istəyən Azərbaycan klubu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 22 yaşlı futbolçunun meneceri Antonio Qustavo açıqlayıb. O, Eronildo ilə "Qəbələ"nin maraqlandığını, ancaq braziliyalı futbolçu ilə danışıqların uğursuz nəticələndiyini bildirib.
 
Qeyd edək ki, Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.

Milli.Az