Zamiq Hüseynov karantin günlərini səmərəli istifadə edib.
Milli.Az bildirir ki, o, "Mən səni sevirəm" adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.
Klipin rejissorluğu Dele Orucluya həvalə olunub. Mahnının söz və musiqisi Anar Nağılbaza məxsusdur.
Zamiq klipindəki tərzi üzərində özü işləyib. Onun makiyajını stilist Elnur Həsənov edib.
Milli.Az