İkimərtəbəli ev yanıb

19 Avqust 2020 09:49

Şabran rayonunun Sıncanboyad kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Milli.Az