Co Hartın keçidi rəsmiləşib

19 Avqust 2020 07:48

İngiltərə millisinin sabiq qapıçısı Co Hart "Tottenhem"ə keçidi rəsmiləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, azad agent kimi Premyer Liqa təmsilçisinə keçib.

Qeyd edək ki, Co Hartın son klubu "Börnli" olub.

Milli.Az