Türkiyənin "Trabzonspor" klubu yeni transferlerini ictimaiyyətə təqdim edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi yeni mövsümdən bu komandanın uğurları üçün çalışacaq Anders Trondsen, Edqar Le, Marlon Xavyer və Stiven Plaza üçün imza mərasimi təşkil edib.
Qeyd edək ki, Anders Trondsen, Marlon Xavyer və Stiven Plaza bu yay transfer olunub. Edqar Le isə ötən mövsümün əvvəlində transfer olunsa da, limit səbəbindən "Feyenoord"a icarəyə verilmişdi. Yeni mövsümdən isə o da "Trabzonspor"un uğurları üçün çalışacaq.
Milli.Az