Sosial şəbəkələrdə hansı ölkə daha fəaldır?

23 Dekabr 2011 23:33
Milli.Az xəbər portalı "TechnoCrunch"a istinadən bildirir ki, "ComScore"nin sosial şəbəkələrdən istifadə ilə bağlı son hesabatına görə, israillilər hər gün orta hesabla 11,1 saat vaxtı sosial şəbəkələrdə keçirirlər.

Dünya üzrə bu rəqəmin orta statistik səviyyəsi 5,7 saatdır.
İsraildən sonra ilk beşlikdə Argentina (10,7 saat), Rusiya (10,4 saat), Türkiyə (10,2 saat) və Çilidir (9,8 saat).

Dünyada sosial şəbəkələrin ən çox maraqlanan insanların yaşadığı məkan isə Latın Amerikasıdır.

Burada qadınlar gündə orta hesabla 8,2 saat, kişilər isə 6,9 saatı sosial şəbəkələrldə keçirirlər.

Dünya miqyasında isə qadınlar gündə 6,5 saat, kişilər isə 5 saatı sosial şəbəkələrdə keçirirlər.

Milli.Az