Malidə hərbçilər qiyam qaldırıb nazirləri həbs etdilər

18 Avqust 2020 19:54

Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Üsyançılar tərəfindən həbs edilən dövlət rəsmiləri və hərbçilərin harada saxlanıldığı barədə məlumat verilmir.

Malidə yerləşən Norveç, Fransa və İspaniyanın diplomatik nümayəndəlikləri hərbçilərin qiyam qaldırıdığını təsdiqləyiblər.

Milli.Az