"Liverpul"da koronavirus

18 Avqust 2020 19:14

"Liverpul"da bir nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həmin şəxsin koronavirus testi müsbət çıxıb. Onun futbolçu və ya klub işçisi olub-olmadığı barədə məlumat verilməyib.

"Liverpul" hal-hazırda yeni mövsüm öncəsi təlim-məşq toplanışı üçün Avstriyadadır.

Qeyd edək ki, Yurgen Kloppun baş məşqçisi olduğu komanda ötən mövsüm İngiltərə çempionu olub.

Milli.Az