Bu il ərzində Azərbaycanda təbii və texnogen hadisələr nəticəsində 28 nəfər həlak olub

18 Avqust 2020 16:31

2020-ci ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 8273 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1132 hadisə və ya 16% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.

Milli.Az