David Silvanın yeni klubu - Rəsmi

18 Avqust 2020 14:14

"Mançester Siti"dən ayrılan David Silvanın yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını "Real Sosyedad"da davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, ispan oyunçunun adı "Valensiya" və "Latsio" ilə də hallanırdı.

Qeyd edək ki, D.Silva 10 ildir "Mançester Siti"də oynayırdı. O, 2019/2020 mövsümündə 40 matçda 7 qol vurub və 10 qolun ötürməsini verib.

Milli.Az