“Atiye” serialının yeni mövsümünün başlayacağı tarix məlum oldu

18 Avqust 2020 13:08

Türkiyəli məşhur aktrisa Beren Saatın mistik gücləri olan qadın obrazını canlandırdığı "Atiye" serialının yenidən yayımlanacağı tarix bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni mövsümün bölümləri sentyabrın 10-da yayımlanacaq.

Qeyd edək ki, serialda digər əsas rolları Mehmet Günsür və Melisa Şenolsun paylaşır.

Milli.Az