Ulduz futbolçu içkili vəziyyətdə qəzaya düşdü

17 Avqust 2020 23:55

"Barselona"nın futbolçusu Artur Melo qəzaya düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb. Braziliyanın oyunçunun özü xəsarət almayıb.

Hadisə səhər 4-də baş verib. Analiz onun həddindən artıq içki qəbul etdiyini göstərib.

Qeyd edək ki, Artur Melo yeni mövsümdən "Yuventus"da çıxış edəcək.

Milli.Az