Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi koronavirusa qarşı peyvənd dərmanının istehsalına başlanır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, iyun və iyul aylarında sınaqları keçirilən "Sputnik V" adlı peyvənd dərmanı avqustun 11-də rəsmi qeydiyyatdan keçirilməklə dünyada qeydiyyatdan keçən ilk belə dərman oldu. Rusiya Birbaşa Sərmayələr Fondunun rəhbəri Kiril Dmitriyev indiyədək 20 ölkədən həmin dərmandan cəmi 1 milyard doz sifarişi aldıqlarını bildirib.
Milli.Az