Nasosxana yanıb

17 Avqust 2020 22:49

Ağdaş rayonunda nasosxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağdaş rayonunun Qarasuqumlaq kəndində ümumi sahəsi 60 m² olan nasosxananın lambirindən ibarət tavanı yanıb. Nasosxananın qalan hissəsi və içərisindəki qurğular yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az