Sumqayıtda özünü dənizə atan şəxsin meyiti sudan çıxarılıb

17 Avqust 2020 21:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az