Çempionlar Liqasında həftənin oyunçusu

17 Avqust 2020 19:44

UEFA Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Neymar bu ada layiq görülüb. O, azarkeşlərin səsverməsində "Leyptsiq"in müdafiəçisi Dayot Upamekano, "Bavariya"nın hücumçusu Tomas Müller və "Lion"un hücumçusu Mussa Dembeleni qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Atalanta"nı 2:1 hesabı ilə məğlub etdikləri matçda qol ötürməsi və baxımlı oyunu ilə seçilib.

Milli.Az