"Bəli, kənd qızıyam, bununla qürur duyuram" - Şəbnəm Tovuzlu

17 Avqust 2020 19:19

"Bəziləri rayon adı gələndə elə danışır ki... Düşünürsən ki, rayon camaatı buna nə edib".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu bildirib. Sənətçi rayonda yaşayanlara lağ edənlərə cavab verib:

"Rayonda olan saflıq, hüzur, rahatlıq, sağlamlıq nəyə desən dəyər. Qurban olum vətənimin bütün rayonlarına. Bəli, rayon, kənd qızıyam. Bununla qürur duyuram".

Milli.Az