"Azərişıq"da kadr dəyişikliyi - İdarə rəisinin yeri dəyişdirildi

17 Avqust 2020 15:29

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, "Azərişıq" ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad olunub.

O, Nərimanov RETSİ-nin rəisi vəzifəsinə təyinat alıb.

Milli.Az