Yaşı 65-dən yuxarı olanlar avtobusa minə bilməzlər - Türkiyədə yeni qadağalar

17 Avqust 2020 12:49

Türkiyə yoluxma sayının artması ilə əlaqədar olaraq yeni qadağalar tətbiq etməyə başlayıb.

Milli.Az-ın haberler-ə istinadən məlumatına görə, qadağalar 65 yaşdan yuxarı şəxslərlə bağlıdır. Belə ki, yaşı 65-dən yuxarı olan şəxslərə aid edilən qərarın tətbiq edildiyi vilayətlərin sayı artırılıb. Artıq Kütahyada da yaşı 65-dən yuxarı olan şəxslər təyin edilməmiş saatlarda kütləvi tədbirlərdə iştirak, avtobusdan istifadə edə bilməzlər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Türkiyədə koronavirusa yoluxanların sayı 250 minə yaxınlaşır. Bu ölkədə koronavirus səbəbindən 6 minə yaxın insan dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az