"Yuventus" Dibalaya qiymət qoydu

17 Avqust 2020 10:32

Paulo Dibala "Yuventus"u tərk edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi yeni oyunçular almaq üçün 26 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Bildirilib ki, "Yuventus" argentinalı oyunçuya 90-100 milyon avro qiymət qoyub. Klub bu məbləğ aralığında göndəriləcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Dibala 2019/2020 mövsümündə 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.

Milli.Az