UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində İspaniyanın "Sevilya" klubu ilə İngiltərənin "Mançester Yunayted" klubları qarşılaşıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, oyun İspaniya təmsilçisinin 2:1 hesabı qələbəsi ilə yekunlaşıb. "Sevilya"nın heyətində qolları Suso (26-cı dəqiqə) və Lük de Yonq (78-ci dəqiqə) vurublar, "Mançester Yunayted"in heyətində isə yeganə qoluBruno Fernandeş (9-cu dəqiqə, penalti) vurub.
Beləliklə, "Sevilya" UEFA Avropa Kubokunun finalına vəsiqə qazanıb.
Avropa Liqası
Yarımfinal
16 avqust
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qol: Soso, 26, de Yonq, 78 - Fernandes, 9
Baş hakim: Feliks Brix (Almaniya)
Köln stadionu
17 avqust
23:00. "İnter" (İtaliya) -"Şaxtyor" (Ukrayna)
Milli.Az