Bakıda avtomobil yanıb

16 Avqust 2020 22:55

Bakı şəhərinin Səbail rayonunda "NİVA" markalı minik avtomobilinin yük yerinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az