"Beşiktaş"da yeni müqavilə

16 Avqust 2020 23:15

"Beşiktaş" müqaviləsinin müddəti bu yay başa çatan Atiba Hatçinsonla bağlı qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi kanadalı oyunçunu daha bir mövsüm heyətində saxlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 37 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

2013-cü ildən "Beşiktaş"ın uğurları üçün çalışan Atiba, geridə qalan mövsümdə 30 Super Liqa matçında 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Milli.Az