"Keşlə"də yeni baş məşqçi

16 Avqust 2020 19:12

Bu gün "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Milli.Az bildirir ki, bu haqda klubun saytında xəbər yayılıb.

Müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb.

Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

Milli.Az