Şabranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

16 Avqust 2020 18:07

18:07

Bu gün Şabran rayonunda başlayan yanğın söndürülüb.

Milli.Az bildirir ki, rayonun Əmirxanlı kəndində başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb və səbəbləri araşdırılır.  

-----------

16:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Milli.Az