"Keşlə"də yeni legioner

16 Avqust 2020 18:36

"Keşlə" növbəti transferini reallaşdırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. 26 yaşlı oyunçu  ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, son iki mövsümü Ukraynanın "Vorskla" klubunda keçirən Artur 29 oyunda 3 qol ötürməsi verib.

Milli.Az