Şəmkirdə minik avtomobili yanıb

16 Avqust 2020 12:22

Şəmkir rayonunun Zəyəm qəsəbəsində "Qaz" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az