Əfsanəvi basketbolçunun idman ayaqqabıları hərracda 615 min dollara satıldı

16 Avqust 2020 07:00

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabıları hərracda 615 min dollara satılıb.

Milli.Az bildirir ki, bu barədə NSN agentliyi məlumat yayıb.

M.Cordan 1985-ci ildə İtaliyada çıxdığı oyunda şüşə lövhəni sındırmış, nəticədə, şüşə qırıntısı onun hərracda satılan ayaqqabısında qalmışdı.

İdman ayaqqabısı M.Cordanın oynadığı klubun ənənəvi qırmızı, qara və ağ rənglərindədir. (ölkə.az)

Milli.Az