"Qalatasaray"da yeni qapıçı

15 Avqust 2020 19:49

"Qalatasaray" növbəti transferini həyata keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Kasımpaşa"da oynayan qapıçı Fatih Öztürkü heyətinə cəlb edib. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, F.Öztürk 2019/2020 mövsümündə Türkiyə Superliqasında 34 matçda meydana çıxıb.

Milli.Az