"Güclənməyə ehtiyac var" - Elmar Baxşıyev

15 Avqust 2020 19:47

"Qəbələ"nin baş məşqçisi  Elmar Baxşıyev hazırlıq çərçivəsində dünən keçirilən "Neftçi" ilə yoxlama oyununu (1:2) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, klubun saytına açıqlamasında matçla bağlı bunları bildirib:

"Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir".

Milli.Az