Leysan yağışları Azərbaycanda çayların daşmasına səbəb olub
22 Aprel 2010 12:07
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir. Balakən - Şəki və Oğuz - Qəbələ regionlarındakı Şinçay, Talaçay, Balakənçay, Mazımçay, Kürmükçay, Əyriçay, Baş Daşaqılçay, Zəyzitçay, Katexçay, Qaraçay, Dəhnəçay, Güngütçay, Əlicançay, Dəmiraparançay və Tikalıçay çaylarında qısamüddətli daşqınlar baş verib.