UEFA PSJ-ni cəzalandırdı

15 Avqust 2020 15:56

UEFA Fransa çempionu PSJ-ni cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları Atalanta ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuxelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq elan olunub.

Xatırladaq ki, PSG Atalanta-ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Milli.Az