Ermənistan baş naziri Nikol Paşinyan BBC-nin "HARD Talk" proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, ədalətli sualları gördük.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, qərb jurnalistikasında belə bir deyim var ki, yalnış sual yoxdur, yalnış cavab var. Paşinyanın BBC-nin "HARD Talk" proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yalnış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq:
"Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı sualar var idi. Ermənstanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya "Hə" cavabı var, ya "Yox" cavabı var".
H.Hacıyev qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var. Ümumilikdə müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsini Münhen Təhlükəsizlik Konfransı zamanı Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq".
Milli.Az