Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq

15 Avqust 2020 12:54

Həftəsonu nəqliyyatın dayandırılması qaydası qüvvədədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yumşalmalar planlı şəkildə gedir: "Artıq ictimai iaşə obyetkləri ilə bağlı qeyd etdiyimiz yumşalmalar tətbiq edilir. Növbəti həftələrdə də həftəsonu ictimai nəqliyyatın bərpası məzələsi müzakirə olunacaqdır".

Milli.Az