"Barselona"nın paltardəyişmə otağından şəkil yayıldı - Messi məyus halda

15 Avqust 2020 15:23

"Barselona"nın kapitanı Lionel Messi və qapıçısı Ter Şteqenin Çempionlar Liqasının 1/ 4 finalında "Bavariya" ilə matçının (2:8) fasiləsi zamanı paltardəyişmə otağında çəkilən fotosu yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" fasiləyə  1:4 hesabı ilə məğlub yollanıb. Fotoda Messi və Ter Şteqenin məyus olduğu görünür.

Qeyd edək ki, "Barselona" bu oyunla Çempionlar Liqasındakı mübarizəsini başa vurub.

Milli.Az