Çindən gələn mütəxəssislərlə videokonfrans keçirilib - FOTO

15 Avqust 2020 12:21

Çin Xalq Respublikasından ölkəmizə gələn mütəxəssislərin Milli Hematologiya və Transfuziologiya Mərkəzində laboratoriya mütəxəssisləri ilə birlikdə videokonfransı təşkil edilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, videokonfransda Bakı şəhərində və ölkəmizin digər regionlarında fəaliyyət göstərən laboratoriya mütəxəssisləri iştirak ediblər.

Mütəxəssislər "COVID-19 laborator diaqnostikası" və "Konvalesent immun plazma tətbiqi" mövzuları ətrafında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparıblar.

Milli.Az