"Burak möhtəşəm atadır"

15 Avqust 2020 11:10

Türkiyənin məşhur cütlüyü Fahriye Evcen ilə Burak Özçivit İstanbulun Bebek səmtində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, otellərin birində axşam yeməyi yeyən cütlük çıxışda müxbirlərə söhbət edib.

B.Özçivit avtomobilinin qeydiyyat nişanın oğlu Karanın baş hərflərindən olması ilə bağlı sualla "Yeni deyil, digər avtomobillərin də qeydiyyat nişanı belədir" deyə, cavab verib.

Aktrisa bir neçə ay öncə 1 yaşını qeyd edən oğlu barədə də danışıb:

"Analıq çox gözəl duyğudur. Hər şey qaydasında davam edir. İlk vaxtları çox yorucu keçirdi. İndi isə vərdiş etmişik. Burak möhtəşəm atadır. Mənə çox kömək edir".

Milli.Az