Tovuzda yaralanan əsgərin evi təmir olundu - FOTO

15 Avqust 2020 10:44

Tovuz döyüşlərində yaralanan Masallının Sığıncaq kənd sakini əsgər Nurlan Quliyevin evi təmir olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Nurlan da evinə qayıdıb.

N. Quliyevin yaralarının çoxu sağalıb. O bildirib ki, bir neçə gündən sonra yenidən cəbhə bölgəsinə gedəcək.

Əsgərin əmisi Xalid Quliyev evi təmir edən bütün yardımsevərlərə təşəkkür edib.

Milli.Az