Azərbaycanın Ukraynaya neft və neft xammalının ixrac həcmi açıqlandı

15 Avqust 2020 09:32

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Ukraynaya 189 milyon 357 min dollar məbləğində neft və neft xammalı ixrac edib.

Milli.Az Trend-ə istinadən məlumat verir ki, hesabat müddətində idxal olunan neft və neft xammalnın həcmi 645 379 ton təşkil edib.

Bu, Ukraynaya ümumi ixracın 66,85 faizinə bərabər olub.

Milli.Az