Bakıda piyadanı avtomobil vurub

15 Avqust 2020 08:12

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Təhsil Nazirliyinin qarşısında baş verib.

1991-ci il təvəllüdlü Həsənova Lamiyə Tahir qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı alt çənə, qabırğa və onurğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az