Hacıqabulda yük maşını aşıb, xəsarət alan var

15 Avqust 2020 08:02

Hacıqabul rayonunda yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 110-cu kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

Ərzaq malları daşıyan "Isuzu" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin - Şirvan sakini, 1994-cü il təvəllüdlü Zeynallı Cahangir Telman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az