Binəqədi sakini çəkiclə döyülüb

15 Avqust 2020 08:48

Bakının Binəqədi rayonunda orta yaşlı kişini başına küt alətlə vuraraq döyüblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü Məmmədbağırov Elmar Əkbər oğlu naməlum şəxslə dava edib. Dava zamanı onun baş nahiyəsinə çəkiclə vurublar. O, xəstəxanaya yerləşdirilib.

Milli.Az