Bakıda gənc qız eyvandan yıxılaraq ölüb

15 Avqust 2020 08:38

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb.

1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin balkonunda paltar asarkən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az