Yandex şirkəti casusluqda ittiham olunur.
Milli.Az ted.az-a istinadən bildirir ki, Yandex üç mövsümdə matç kadrlarının nümayiş hüquqlarını pozduğu üçün TeleSport şirkəti tərəfindən məhkəməyə verilib.
Şirkətin iddia ərizəsinə Yandex-in axtarış nəticələrinin təxminən 590 linki daxildir. Bu halda nəzərdə tutulan kompensasiyanın maksimum məbləği 5 milyon rubl təşkil edir. TeleSport Group hər bir pozuntuya görə 2,95 milyard rubl ödəmə tələb edir.
Yandex isə şirkətin iddialarını əsassız hesab edir.
Qeyd edək ki, TeleSport Group şirkəti Rusiyada futbol üzrə İtaliya çempionatının nümayiş hüquqlarının sahibidir. Məhkəmə bu ayın 21-də baş tutacaq.
Milli.Az