20 yaşlı boksçu güllələnərək öldürüldü

14 Avqust 2020 19:04

İngiltərənin Beri şəhərində atışma olub.

Milli.Az xəbər verir ki, hadisə zamanı 18 yaşlı professional boksçu Koul Kerşou öldürülüb.

Bölgə sakinləri polisə silah səsləri eşitdiklərini bxəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları boksçunu qan içində tapıb. O, təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.

Hadisəyə səbəb boksçunun dostları ilə mübahisə etməsi göstərilir. (publika.az)

Milli.Az