Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı

14 Avqust 2020 22:55

Xəbər verdiyimiz kimi, koronavirus infeksiyasının saç tökülməsinə səbəb olduğu həkimlər tərəfindən də təsdiqlənib.

Milli.Az xəbər verir ki, türkiyəli infeksionist Mehmet Ceyhan amerikalı aktrisa Alissa Milanonun koronavirus səbəbiylə saçlarının tökülməsi haqqında paylaşdığı videoya aydınlıq gətirib. Həkim saç tökülməsinin səbəblərindən birinin immunologiya ilə bağlı olduğunu deyib:

"Koronavirus gündəm mövzusu olduğu üçün hər gün daha bir əlaməti üzə çıxır. Bunlara diqqətli yanaşmaq lazımdır. Statistik sübutları olmalıdır. Saç tökülməsinin əsas hissəsi koronavirusla əlaqədardır. Bu virus immunitet sisteminin işinin pozulmasına səbəb olur.

Saç hüceyrələrində də antikorlar inkişaf edərsə, böyrəklər, qaraciyər, dəri və bir çox orqanlarda disfunksiyalar olduğu kimi, simptomlar da bu şəkildə ortaya çıxa bilər. Ancaq koronavirusun bir əlamətinin olub-olmaması statistik testlərlə qiymətləndirilməlidir". (publika.az)

Milli.Az