"WizzAir" bütün Gürcüstan reyslərini ləğv edib

14 Avqust 2020 17:22

Macarıstanın "WizzAir" aviaşirkəti Gürcüstana reysləri və bu ölkə ilə bağlı razılaşmaları ləğv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət reyslərin qeyri-müəyyən müddətə ləğv etdiyini elan edib.

Qərarın səbəbləri barədə hər hansı bir məlumat verilməyib.

Gürcüstan hökuməti ilə danışıqların bərpa olunacağı müddət açıqlanmayıb.

Milli.Az