Şehiçin yeni klubu müəyyənləşdi

14 Avqust 2020 19:14

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Erzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçin keçidini həll edib.

Bosniya və herseqovinalı qapıçı ilə 2+1 illik sözləşmə imzalanıb.

"Konyaspor"un baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Milli.Az